17 Oktyabr 2023, 21:50
FUTBOL
Məşqçilər korpusu oktyabrın 18-dən 28-dək Serbiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində 20 futbolçunun xidmətindən yararlanacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Serbiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki oyunlar üçün yekun heyəti açıqlanıb. Matc.az xəbər verir ki, məşqçilər korpusu oktyabrın 18-dən 28-dək baş tutacaq yarışda 20 futbolçunun xidmətindən yararlanacaq.
U-17-nin heyəti: Həbib Hüşənov, Səmid Əhmədov, ömər Kərimov, Ziya Şəkərxanov (hamısı "Qəbələ"), Ayxan Əlizadə, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Emin Feyzullayev, ümid Səlimov (hamısı "Sabah"), Əli Nəbizadə, ömər Nəsibov, Röyal Fərzullazadə (hamısı "Neftçi"), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi "Sumqayıt"), Elton Babazadə, Hikmət Cəbrayılzadə, Amid Qasımov (hamısı "Qarabağ"), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə).
Komandamız ilk oyununu oktyabrın 21-də ev sahibi Serbiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. U-17 üç gün sonra saat 14:00-da Sloveniya önünə çıxacaq. İlk iki görüş Stara Pazovada keçiriləcək.
Lüksemburqla oktyabrın 27-dəki son matç isə Belqradda olacaq və saat 16:00-da start götürəcək.