18 Oktyabr 2023, 10:55
FUTBOL
İngiltərə yığması AVRO-2024-ün seçmə mərhələsinin VIII turunda İtaliyanı 3:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, "Uembli" stadionunda baş tutan görüşdə hücumçu Harri Keyn dubla imza atıb.
O, bu göstəricidə Bobbi çarltonu qabaqlayaraq, "Uembli"də ən çox qol vuran oyunçu olub.
Keyn həmin arenada 24, çarlton isə 23 dəfə fərqlənib. "Uembli"də ən çox qol vuran üçüncü futbolçu Harri Linekerdi (22).