İkinci qoldan sonra baş məşqçi Mark Briqqs "Atletiko"nun sabiq hücumçu Kekonun yerinə 13 yaşlı Kimbrounu meydana buraxıb. "Heart Health Park" stadionuna toplaşan azarkeşlər yeniyetmə oyunçunu gurultulu alqışlarla qarşılayıb.

ABŞ-ın "Sakramento" klubunun hücumçusu Davian Kimbrou 13 yaşında peşəkar futbolda debüt edib. Matc.az xəbər verir ki, o, ikinci divizionda "Las-Veqas"la görüşdə (2:0) meydana çıxıb.
 
İkinci qoldan sonra baş məşqçi Mark Briqqs "Atletiko"nun sabiq hücumçu Kekonun yerinə 13 yaşlı Kimbrounu meydana buraxıb. "Heart Health Park" stadionuna toplaşan azarkeşlər yeniyetmə oyunçunu gurultulu alqışlarla qarşılayıb.
 
Qeyd edək ki, Kimbro iki ay əvvəl "Sakramento" ilə müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest