Anxel Di Mariya milli karyerasını bitirəcəyi tarixi müəyyənləşdirib. Matc.az xəbər verir ki, Argentina millisinin üzvü gələn ilin yayında bu addımı atacağını açıqlayıb:
 
"Amerika Kubokundan sonra milli ilə vidalaşacağam. Bu turnir yığma üçün etdiyim son iş olacaq".
 
Qeyd edək ki, Anxel Di Mariya 2008-ci ildən Argentina yığmasında çıxış edir və 134 oyuna çıxıb. 2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest