18 Oktyabr 2023, 17:33
FUTBOL
"Transfermarkt" portalı Almaniya Bundesliqasında bu mövsüm transfer dəyərini ən çox itirən futbolçuların reytinqini təqdim edib. Matc.az xəbər verir ki, siyahıda 10 oyunçu yer alıb.
Transfer qiyməti ən çox azalan futbolçu "Union"un 22 yaşlı yarımmüdafiəçisi Brenden Aaronsondu. Onun dəyəri 6 milyon avro düşüb. Aarnoson hazırda 18 milyon avroya bərabərdi.
Bundesliqada ən çox dəyər itirənlər:
Brenden Aaronson ("Union" – 18 milyon) - 6 milyon dəyər itkisi
Mattiys de Liqt ("Bavariya" – 70) - 5 milyon
Kərim Adeyemi ("Borussiya", Dortmund – 35) – 5 milyon
Niklas Süle ("Borussiya", Dortmund – 30) – 5 milyon
Sebastien Aller ("Borussiya", Dortmund – 25) – 5 milyon
Covanni Reyna ("Borussiya", Dortmund – 20) - 5 milyon
Timo Verner ("Leypsiq" – 20) - 5 milyon
Rafael Gerreyro ("Bavariya" – 15) - 5 milyon
Niko Elvedi ("Borussiya", Mönhenqladbax – 14) - 4 milyon
Lukas Klosterman ("Leypsiq" – 8) - 4 milyon).