"Mançester Siti"nin və İngiltərə millisinin müdafiəçi yarımmüdafiəçisi Kelvin Fillips oyun təcrübəsinin olmaması səbəbindən klubu tərk etməyi düşündüyünü deyib.
 
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Mənə oyun praktikası lazımdır. Hər həftə oynamalıyam. Yaxın aylarda gələcəyimlə bağlı qərar verməliyəm.ümid edirəm ki,  şans qazanacağam, amma bu baş verməsə, başqa qərar verməli olacağam".
 
Qeyd edək ki, bu mövsüm 27 yaşlı ingilis bütün yarışlarda 5 matçda iştirak edib.
 
Daha əvvəl bildirilmişdi ki, "Bavariya" Fillipsin xidmətində maraqlıdır və Mançester klubu futbolçunu icarəyə verməyə hazırdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest