"Mançester Siti"nin yarımmüdafiəçisi Rodriqo Hernandes bu il "Qızıl top"u kimin qazanma ehtimalının daha yüksək olduğu haqda fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Mən bilirəm ki, fərdi mükafatlar marketinq hekayəsidir. Mən komandada marketinq komponentinin olmasının tərəfdarı deyiləm. Xavi və İnyesta öz vaxtlarında bu komponentdən məhrum idilər.  Düşünürəm ki , Messi bu "Qızıl topu" qazanacaq. Lakin Haaland da futbolda böyük fiqurdur və onun öz xidmətləri var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest