19 Oktyabr 2023, 09:40
FUTBOL
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi "Əl-Hilal" və Braziliya millisinin hücumçusu Neymarı dəstəkləyib.
Matc.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Uruqvayla matçda ciddi zədə alıb. Daha əvvəl Neymarın çarpaz bağlarını zədələdiyi məlum olub . İndi o, əməliyyat olunmalıdır. Braziliyalı mütləq 2023-cü ilin sonuna qədər oynamayacaq və sağalma dövrü əlbəttə ki, uzun olacaq. Neymar Uruqvayla matçda xərəkdə meydandan götürülüb, göz yaşlarını saxlaya bilməyib.Messi sosial şəbəkələrdə braziliyalı ilə birgə fotosunu paylaşaraq "Sənə güc arzulayıram" yazıb. Əvvəllər hücumçular PSJ və "Barselona"da komanda yoldaşları olub.