Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymarın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Braziliya millisinin heyətində Dç-2026-nın seçmə mərhələsində Uruqvayla görüşdə (0:2) xəsarət alan superulduzun ön çarpaz bağlarından zədə aldığı və dizində menisk cırıldığı aşkarlanıb.
 
Bu səbəbdən 31 yaşlı "sambaçı" əməliyyat olunacaq. Ondan sonra forvarda müalicə proqramı müəyyən ediləcək. İlkin məlumata görə, futbolçu 7-9 ay meydana çıxa bilməyəcək.
 
Qeyd edək ki, Neymar bu mövsüm "Əl-Hilal"ın heyətində 5 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest