19 Oktyabr 2023, 10:08
FUTBOL
Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan daha bir təyinat alıb. Matc.az xəbər verir ki, referi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarını idarə edəcək.
O, 11-ci qrupun II turunda İtaliya - Şimali İrlandiya, III turunda isə Yunanıstan - İtaliya qarşılaşmalarında ədalət təmsilçisi olacaq. Vüsal Məmmədov isə həmin görüşlərdə yan xətt hakimi qismində ona kömək edəcək.
Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya matçı isə 31-də keçiriləcək. Qrupun bütün görüşləri İtaliyada olacaq.