Transfermarkt Almaniya Bundesliqasının oyunçularının dəyərini yeniləyib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Yeniləmə çərçivəsində 20 yaşlı "RB Leipzig"in yarımmüdafiəçisi Javi Simons 30 milyon avro dəyər qazanaraq ən çox bahalaşıb və hazırda 70 milyon avro dəyərində qiymətləndirilir.

Həmçinin, 50 milyon avro dəyərində qiymətləndirilən "Bavariya"dan Mathis Tell də 30 milyon avro bahalaşıb.

Liqada ən yüksək transfer dəyəri olan oyunçular siyahısında Harri Keyn (110 milyon, əlavə 20 milyon), həmçinin Camal Musiala (110 milyon) və Florian Virtz (85 milyon) yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest