"Barselona"nın prezidenti Joan Laporta İspaniya Kral Futbol Federasiyasının (RFEF) hakimlər komissiyasının keçmiş vitse-prezidenti Xose Neqreyranın işinin yeni hallarına münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Kataloniya klubu korrupsiyada ittiham olunur. Klub rəhbəri açıqlamasında deyib: "İspaniyada güc mərkəzlərində həmişə sosioloji Madridizm olub. Mən artıq buna qarşı mübarizə aparmışam və qalib gəlmişəm. İndi "Barselona"nın maraqlarını müdafiə edirəm. Biz belə bir mübarizəyə öyrəşmişik. Madridizmin örtülməsinə öyrəşmişik. Neqreyra işinə gəlincə, onda hər şeyin məhkəməyə gedəcəyini görəcəyik. Mən hüquqşünasam və sakitəm,. çünki bu işin uğur şansı yoxdur. Bizim çox yaxşı işimiz var. Madrid "Neqreyra işi"ndən istifadə edərək "Barselona"nın adına və onun tarixinə ləkə vurmaq və klubumuzun sabitliyini pozmaq istəyir".
Qeyd edək ki, bir gün əvvəl, oktyabrın 18-də "Barselona"nın prezidenti Joan Laportanın Neqreyra işi üzrə şahidlikdən təqsirləndirilən şəxs statusuna keçdiyi məlum olub.