"Milan"ın üçüncü qapıçısı Antonio Mirante böyük ehtimalla A Seriyasının 9-cu turunda "Yuventus"la ev oyununda komandanın qapısında yerini tutacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 40 yaşlı futbolçu Mayk Maignanın cəzalı olması və Marko Sportiellonun zədələnməsi səbəbindən bu mövsüm debüt edə bilər.

Qeyd edək ki, "Milan" - "Yuventus" matçı oktyabrın 22-də Milanda keçiriləcək və saat 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest