19 Oktyabr 2023, 21:35
FUTBOL
"Əl-Hilal" Dç-2026-nın seçmə mərhələsində Uruqvayla dueldə (0:2) komandanın hücumçusu Neymarın zədəsinə görə təzminat ala bilər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Daha əvvəl məlum olmuşdu ki, braziliyalı dizinin ön çarpaz bağının zədələnməsi və menisküsün cırılması səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb. "Əl-Hilal" milli komandada oynayarkən zədələnmiş futbolçunun maddi itkilərinin qismən ödənilməsinə imkan verən FİFA-nın "klub müdafiəsi" variantını aktivləşdirə bilər.
Təzminatın məbləği 7,5 milyon avro olacaq. Bu, braziliyalının mövsümə 106 milyon avroya bərabər olan maaşının bir ayını belə ödəməyəcək.