"çelsi"nin müdafiəçisi Tiaqo Silva Braziliya millisində karyerasını bitirmədiyini vurğulayıb.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Milli komandaya getməmək üçün heç bir qərar verməmişəm. Bu mənim qərarım deyil. Mənə zəng edəndə mən həmişə hazıram. Sadəcə olaraq, son toplanışa çağırılmadım. Amma komandaya kömək edə biləcəyimi düşünsələr, təbii ki, bunun üçün əlimdən gələni edəcəm. Amma o vaxta qədər dünyanın ən güclü liqalarından birində oynayaraq burada "çelsi"də əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Təəssüf ki, keçən mövsüm çox yaxşı getmədi. Amma ümid edirəm ki, bu dəfə fərqli olacaq".
Xatırladaq ki, 39 yaşlı futbolçu Dç-2022-dən sonra baş məşqçi Tite getdikdən sonra milliyə çağırılmayıb.
Qeyd edək ki, oktyabrdakı təlim-məşq toplanışı zamanı Braziliya Dç-2026-nın seçmə mərhələsində Venesuela ilə heç-heçə edib (1:1), Uruqvaya (0:2) məğlub olub.