19 Oktyabr 2023, 22:58
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kasemiro Braziliya millisində aldığı zədə səbəbindən Premyer Liqanın 9-cu turunda "Şeffild Yunayted"lə qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həmçinin qeyd edilir ki, "Mançester Yunayted"in müdafiəçisi Rafael Varan zədə səbəbindən "Brentford"la əvvəlki oyunu buraxaraq, ümumi qrupda məşqlərə qayıdıb.
Qeyd edək ki, "Şeffild Yunayted" - "Mançester Yunayted" oyunu oktyabrın 21-də Şeffilddə keçiriləcək və saat 23:00-da başlayacaq.