20 Oktyabr 2023, 11:30
FUTBOL
MOİK Azərbaycan futbolu tarixində müstəqillik illərində 300 və daha çox qələbə qazanan 5-ci komanda olub. Ona qədər yalnız "Qarabağ", "Neftçi", "Kəpəz" və "Şamaxı" bunu bacarıblar.
MOİK yubiley qələbəsinə imza atıb. Matc.az xəbər verir ki, bu, I Liqanın V turuna təsadüf edib.
"Karvan"la qarşılaşan "hərbçilər" rəqibi 3:0 hesabı ilə məğlub edib. Bu, MOİK-in müstəqillik illərində 300-cü qələbəsi olub. Komanda 1992-ci ildən iştirak etdiyi Azərbaycan çempionatı və kubokunda 849 qarşılaşmada meydana çıxıb.
Komandanın adı əvvəllər OİK, sonradan MOİK olub. Paytaxt təmsilçisi bu illər ərzində Premyer Liqada 66, 1-ci liqada 217, ölkə kubokunda 17 matç keçirib.












