"Bavariya" Nussair Mazraouinin Fələstinə dəstək yazısına görə məşqlərdən uzaqlaşdırıldığına dair xəbərləri təkzib edib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paylaşımda yazılıb: "Nussair Mazraoui bizi inandırıcı şəkildə əmin etdi ki, sülhsevər bir insan olaraq terroru və müharibəni qətiyyətlə rədd edir. "Bavariya"nın baş direktoru Yan-Kristian Driesen bildirib ki, o, yazılarının qıcıqlanmasına səbəb olubsa, təəssüflənir. Mazraoui "Bavariya"da qalacaq, lakin futbolçu hazırda Mərakeş millisinin heyətində beynəlxalq oyun zamanı aldığı zədə səbəbindən sıradan çıxıb".
 
Bundan əvvəl Mazraoui Mərakeş və Fələstinin bayraqlarının fotosunu yerləşdirərək "Biz birlikdə güclüyük" sözlərini əlavə edib. Futbolçu həmçinin bildirib ki, Mərakeş millisinin futbolçuları və məşqçilər heyəti Afrika Kuboku öncəsi matçlar üçün əldə etdikləri bütün bonusları Fələstinə bağışlayacaq və gələcəkdə humanitar yardım edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest