20 Oktyabr 2023, 19:40
FUTBOL
"İnter"lə ikiqat İtaliya çempionu, 1997-1998-ci il UEFA kubokunun qalibi Alvaro Rekoba Uruqvayın "Nasional" klubunun baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 47 yaşlı Rekoba üçün bu, onun peşəkar komandanın baş məşqçisi kimi ilk təcrübəsi olacaq. Əvvəllər Uruqvay millisinin sabiq futbolçusu və 2002-ci il dünya çempionatının iştirakçısı "Montevideo"da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
"Nasional" dünyanın ən titullu klublarından biridir. Klub 49 dəfə Uruqvay çempionluğunu qazanıb, həmçinin üç dəfə Libertadores Kubokunu qazanıb. ümumilikdə "Nasional"ın yüzdən çox kuboku var.