20 Oktyabr 2023, 19:56
FUTBOL
"Liverpul"un müdafiəçisi Endryu Robertson bu il bir daha oynaya bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu AVRO-2024-ün seçmə mərhələsində İspaniya millisi ilə oyunda Şotlandiya millisinin heyətində çiynindən zədə alıb. Müdafiəçi indi çiynindən əməliyyat olunmalıdır. Robertsonun sağalmasının ən azı 12 həftə çəkəcəyi gözlənilir.