20 Oktyabr 2023, 22:20
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Qvardiola hesab edir ki, Lionel Messi üçün ayrıca "Qızıl top" verilməlidir .
Matc.az xəbər verir ki, eyni zamanda, ispan mütəxəssis Mançester təmsilçisinin hücumçusu Erlinq Haalandın da 2023-cü ilin ən yaxşı futbolçusu mükafatını almağa layiq olduğunu düşünür. O, bu barədə yerli mətbuata açıqlama verib: "Mən həmişə demişəm ki, "Ballon d"Or"un iki versiyası olmalıdır: biri Messi üçün, digəri isə qalanlar üçün. Messinin ən pis mövsümü əksər oyunçuların ən yaxşısıdır. Hər ikisi "Qızıl top"a layiqdir. Eqoist nöqteyi-nəzərdən deyərdim ki, "Qızıl top"un Erlinqə getməsini istəyirəm. çünki o, əldə etdiyimizə nail olmağımıza kömək edib. Buna sevinərdim, amma Leo qalib gəlsə deməyəcəyəm ki, ədalətsizlik oldu".