"Hər mövqeyə iki eynisəviyyəli oyunçu tapmağa çalışdıq".
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Neftçi"yə 4:2 hesabı ilə uduzan "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib. çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: "Düşünürəm ki, maraqlı oyun izlədik. Oyunda iki komandadan biri qalib gəlməli idi. Standart vəziyyətdən buraxdığımız qol lazımsız idi. Fasildən sonra yaxşı çıxış etdik. Başa-baş, bəlkə də, üstün oyun sərgilədik. "Neftçi"ni təbrik edirəm. Belə oynasaq, nəticə olacaq. Bu futboldur hər nəticə olur, Düşünürəm ki, gələn oyunlarda qələbələr yaxın olacaq. 3-cü qolu da vurmaq istəyirdik. Hücumlarımız olurdu. Biz tam qələbə üçün çıxmışdıq, heç-heçə haqda düşünmürdük. Hər oyunda bu belədir. 10 oyunun hər birində qol vurmuşuq. Düz yoldayıq. Hesab 3:3 də ola bilərdi. Futbolda psixoloji problemlər olur. Belə olur ki, qoldan sonra top buraxmamağa çalışırsan. Bayaq dediyim kimi, müdafiəyə istəmədən oturduq. İkinci qol olsaydı, daha yaxşı olardı. 0:0 1:0-dan daha yaxşıdır. önə keçəndən sonra bir az çətin olur. Hər mövqeyə iki eynisəviyyəli oyunçu tapmağa çalışdıq. Bir mövqedə problem var, Futbolçu ilə danışıq aparırdıq, ancaq son anda başqa kluba keçdi. Məğlubiyyəti kiminsə üstünə almayacağıq. Boşluq varsa, mənim günahımdır. Bu futboldur. Hər şey ola bilər. Bu gün yaxşı oyun oyandıq, "Neftçi" zəif komada deyil. Birinci hissənin sonundakı qol planlarımızı pozdu. Fasilədən sonra tez qol vurmaq istəsək də, alınmadı".