"İnter"in köməkçi məşqçisi Xavyer Morales, hücumçu Lionel Messinin MLS-in cari mövsümünün "Şarlotta"ya qarşı komandasının final oyununda meydana çıxacağını təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məluumat yayıb. Müntəzəm mövsümün nəticələrinə görə, "İnter" turnirin pley-off mərhələsinə keçə bilməyib. çalışdırıcı bu haqda açıqlama verib: "O, görüşə gələcək. Bundan sonra onun nə qədər oynayacağına qərar verəcəyik. Təbii ki, Lionelin komandada olması hər kəs üçün motivasiyadır. Biz onun futbol üçün nə demək olduğunu bilirik. Komandamızda onun olması və oynamağa hazır olması hər zaman bizim üçün xeyirlidir. Biz onun qayıtmasına şadıq. 100% hazırıq və sabah oyunda onun necə olduğunu görəcəyik".

Qeyd edək ki, "Şarlotta" - "İnter" matçı oktyabrın 22-də, saat 02:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest