"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 10-cu turunun "Sevilya" ilə oyunu ərəfəsində Serxio Ramos haqda danışıb.
 
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Mən Serxionu görmək və ona salam vermək istərdim. Sahib olduğum bütün oyunçulara sevgim var. Amma onun üçün xüsusi bir sevgim var. Mən bu gün yalnız Serxioya görə buradayam. O, 2014-cü ildə çempionlar Liqasının finalında qol vurmasaydı, yəqin ki, burada olmazdım. Bu klub üçün etdiyi hər şeyə görə hamı onu çox sevir. ümid edək ki, o, qol vurmayacaq, amma vurarsa, istədiyi kimi qeyd edə bilər". 
 
 
Qeyd edək ki, "Sevilya" - "Real" matçı oktyabrın 21-də, saat 20:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest