"Sumqayıt"a təşəkkür edirəm. Biz avrokuboklarda oynayanda bizə güzəşt edib, oyunun təxirə salınmasına kömək etmişdilər".
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib: "çətin oyun oldu. Vacib qələbə qazandıq. Uşaqlar xarakter göstərdilər. Oyuna sonradan daxil olanlar da yaxşı təsir bağışladı. Bərabərsəviyyəli oyun alındı. "Sumqayıt"a təşəkkür edirəm. Biz avrokuboklarda oynayanda bizə güzəşt edib, oyunun təxirə salınmasına kömək etmişdilər. Hər qolun öz səbəbi var. Bəzən canlı səddi düzgün qoymur, bəzən düzgün mövqe seçmir. Yusifə kəskin şəkildə dedim ki, belə hal təkrarlanmasın. üçüncü qolu vurmalıydıq. Məğlub olaq, amma belə şeylər etməyək. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Əzmkar qələbəyə görə şadam. İnanıram ki, düşdüyümüz vəziyyətdən çıxacağıq. 3-4 gündən bir oyun olacaq. Bu, normaldır. Avrokuboklarda oynamaq istəyən belə qrafikə uyğunlaşmalıdır. Heyətlə bağlı problemlərimiz var. Marqarita və Till yığmasında zədə alıb. Qaydalara riayət etməliyik. Daha təmkinli olmalıyıq. Bu gün emosional idim.