Bundesliqanın 8-ci turunun matçında "Bayer" səfərdə "Volfsburq"a 2:1 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi bütün yarışlarda ardıcıl 11 matçda ən azı iki dəfə fərqlənib. Bu, klubun 1979-cu ildə Bundesliqaya daxil olduğu vaxtdan bəri komandanın rekordunun təkrarıdır. "Bayer" daha əvvəl 2014-cü ildə oxşar performans seriyası göstərib. Hazırda klubu "Liverpul", "Real" və "Bavariya"nın keçmiş yarımmüdafiəçisi Xabi Alonso çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest