03 Noyabr 2023, 12:21
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne zədəsi ilə bağlı danışıb. Matc.az xəbər verir ki, belçikalı futbolçu zədələnməsinə səbəb olan amilləri açıqlayıb:
"Ümid edirəm ki, zədəmi bərpa edib geri dönəndə hər şey yaxşı olacaq. Uzunmüddətli zədələnməyimə səbəb oyunlarda həddindən çox iştirak etmək və yüngül zədələrimin olması ilə bağlıdır".
De Bruyne cari mövsüm İngiltərə Premyer Liqasında cəmi 1 oyuna çıxıb. O, ölkə çempionatının I turunun "Bernli" ilə qarşılaşmasında (3:0) dizindən zədə alıb.