03 Noyabr 2023, 11:37
FUTBOL
"Qəbələ"nin baş meneceri Nail Kərimov Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb. Matc.az xəbər verir ki, o, 2023-2027-ci illər ərzində qurumun uşaq futbolu üzrə işçi qrupunun üzvləri sırasında olacaq.
"Feyenoord"un baş meneceri Dennis te Kloysenin başçılıq etdiyi qrupun ilk iclası noyabrın 15-də İsveçrənin Cenevrə şəhərində olacaq. Ümumiyyətlə, işçi qrupu il ərzində 5-8 iclasla fəaliyyətini tənzimləyir.
Uşaq futbolu üzrə işçi qrupun əsas missiyaları akademiyaların fəaliyyəti, beynəlxalq turnirlərin təşkili, uşaqların müdafiəsi, ilk peşəkar müqavilə, beynəlxalq hüququn uşaq futboluna təsiri, uşaq-gənclərin, məşqçi və menecerlərin təhsili və s. məsələlərdir.