Məşhur "Transfermarkt" portalı TOP-5 liqalarda çıxış edən ən bahalı gənc futbolçulardan ibarət "11-liy"i açıqlayıb. Matc.az xəbər verir ki, heyətdə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer"in futbolçusu Florian Virts də yer alıb.
 
Qapıçı: Ceyms Trafford ("Bernli", 15 milyon avro);
 
Müdafiəçilər: Yoşko Qvardiol ("Mançester Siti", 80 milyon avro), Levi Kolvil ("Çelsi", 42 milyon avro), Corcio Skalvini ("Atalanta", 40 milyon avro);
 
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Real", 90 milyon avro), Pedri ("Barselona", 100 milyon avro), Qavi ("Barselona", 90 milyon avro), Camal Musiala ("Bayern", 110 milyon avro), Florian Virts ("Bayer", 85 milyon avro);
 
Hücumçular: Rasmus Hoylund ("Mançester Yunayted", 65 milyon avro), Çud Bellingem ("Real", 150 milyon avro).
 
Heyətin ümumi dəyəri 867 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest