Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Braziliya millisinin üzvü özü məlumat yayıb.
 
O, sosial şəbəkədə paylaşım edərək, əməliyyatın uğurlu keçdiyini yazıb: "Hər şey qaydasındadır. Bütün mesajlar üçün təşəkkür edirəm. İndi diqqətimi sağalmağa yönəldəcəyəm".
 
Xatırladaq ki, Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla oyunda (0:2) zədələnmişdi. Onun təxminən 10 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest