03 Noyabr 2023, 13:51
FUTBOL
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan II Liqasının 9-cu turunda baş tutan oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.
"Göygöl" – "Şəki Siti" görüşünün 82-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb, "Göygöl" klubu 2000 manat cərimə edilib.
Matçın 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə "Göygöl" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, "Göygöl" klubu 500 manat cərimə edilib və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya 2-ci liqa oyununa aiddir.