"France Football" və "L'Équipe" media şirkətlərinin sahibi olan "Groupe Amaury" 2024-cü ildən etibarən "Qızıl top" mükafatını UEFA ilə birgə təşkil edəcək. Matc.az xəbər verir ki, bunu qitə futbol qurumu rəsmi saytı vasitəsilə açıqlayıb.
 
Bildirilib ki, tərəflər arasında bununla müqavilə imzalanıb: "Razılaşmanın bir hissəsi olaraq, "Groupe Amaury" "qızıl top" brendinin sahibi kimi qalacaq və eyni sistemlə səsverməyə nəzarət edəcək. UEFA isə öz futbol təcrübəsini layihəyə gətirəcək və illik mükafatların qalasını təşkil edəcək".
 
Bundan əlavə, kişi və qadın futbolunda ilin ən yaxşı məşqçiləri üçün yeni mükafatlar təsis olunacaq.
 
Xatırladaq ki, "Qızıl top" mükafatını sonuncu dəfə argentinalı Lionel Messi qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest