03 Noyabr 2023, 14:37
FUTBOL
Avropanın TOP-5 liqalarında ən az qol buraxan komandaların adları müəyyənləşib. Matc.az xəbər verir ki, siyahıda Fransa və İngiltərədən 1, İtaliya və Almaniyadan 2 komanda qərarlaşıb.
Maraqlıdır ki, zirvəni Liqa 1 təmsilçisi "Nitsa" ələ keçirib. 3 komanda isə eyni sayda qol buraxıb:
1. "Nitsa" – 4 qol (Fransa Liqa 1);
2. "İnter" – 5 qol (İtaliya A Seriyası);
3. "Yuventus" – 6 qol (İtaliya A Seriyası);
4. "Bavariya" – 7 qol (Almaniya Bundesliqası);
5. "Leypsiq" – 7 qol (Almaniya Bundesliqası);
6. "Mançester Siti" – 7 qol (İngiltərə Premyer Liqası).