"Bavariya"nın müdafiəçisi Mattiys de Liqt zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qala bilər. Matc.az xəbər verir ki, Niderland millisinin üzvü Almaniya kubokunda “Saarbrüken”lə oyunda (1:2) dizindən zədə alıb.
 
Əvvəlcə onun 4-6 həftəyə sağalacağı bildirilirdi. Lakin MRT-dən sonra proqnoz pisləşib. Kub de Liqtin 8 həftə, yəni 2 ay futbolsuz qalacağını gözləyir. Bu da 2023-cü ilin de Liqt üçün bitdiyi anlamına gəlir.
 
Qeyd edək ki, Mattiys de Liqt bu mövsüm Bundesliqada 7 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest