Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev həbs edilib. Matc.az xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhddə şübhəli bilinir.
 
42 yaşlı keçmiş müdafiəçinin üzərində narkotik maddə olan mefedron aşkarlanıb. Krasnodar məhkəməsi Buqayev barəsində dekabrın 31-dək həbs qətimkan tədbiri seçib.
 
Qeyd edək ki, Aleksey Buqayev 2004-2005-ci illərdə Rusiya yığmasının heyətində 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest