"Bavariya" keçmiş futbolçusu Jerom Boatenq ilə qısamüddətli müqavilə imzalamağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Münhen klubu bu qərara Matthij de Litin zədəsi səbəbindən gəlib.

De Lit noyabrın 1-də Almaniya kuboku matçında zədələnib. Zədəyə görə o, ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Noyabrın 2-də Boatenq "Bavariya" ilə məşqləri bərpa edib.

Qeyd edək ki, Boatenq 2011-2021-ci illərdə Almaniya klubunda çıxış edib. Ümumilikdə o, "Bavariya"nın heyətində 363 oyun keçirib, 10 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçu hazırda komandasızdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest