03 Noyabr 2023, 18:33
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Cud Bellingem əvvəlcə futbolu sevmədiyini söyləyib.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Əvvəlcə futbolu sevmirdim. Bilirəm ki, bu təəccüblüdür. Çünki indi futbol məndən alınsa, dəli olardım. Məşqə gedəndə , anam üçün kiçik çobanyastığı buketləri yığırdım. Valideynlərim mənə heç vaxt təzyiq göstərməyib. Uşaq vaxtı azadlığım var idi. Valideynlərim özümü yaxşı apardığım və başqaları haqqında düşündüyüm müddətdə məni heç vaxt heç nəyə məcbur etmədilər”.