"İnter"in baş məşqçisi Simyone İnzaqi İtaliya çempionatında oktyabr ayı üçün ayın ən yaxşı məşqçi seçilib.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Ötən ay “İnter” “Torino” (3:0) və “Roma” (1:0) üzərində qələbə qazanıb, “Bolonya” ilə də heç-heçə edib (2:2). Komanda 10 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. İnzaqi karyerasında ikinci dəfə ayın məşqçisi mükafatını qazanıb. Əvvəllər o, 2021-ci ilin dekabrında ən yaxşı kimi seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest