Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) "Barselona"nın 2022-ci ildə maliyyə hesabatlarını pozduğuna görə 500 min avro cərimələnməsini qüvvədə saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Kataloniyalıların müraciəti UEFA tərəfindən rədd edilib. İyul ayında UEFA-nın klubun maliyyə nəzarəti orqanı “Barselona”nı 2022-ci maliyyə ilində qaydalara uyğun gəlir kimi təsnif olunmayan qeyri-maddi aktivlərin (oyunçu transferləri istisna olmaqla) satışından əldə etdiyi mənfəəti səhv hesabat verdiyinə görə yarım milyon avro cərimələyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest