"İlk hissədə oyun "Turan Tovuz"un, ikinci hissə bizim tərəfimizdə idi. İlk yarıda futbolçular panikadaydı. Ritmdən düşmüşdülər. Fasilədə sakit formada danışdıq"
“Hücumda çoxluq varsa, müdafiədə azlıqda qalmağa məhkumuq”. Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
Çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib: “Gərgin və dramatik oyun oldu. Komanda xarakter göstərdi. Nəticə ikinci plandadır. Əsas futbolçular sağlam olsun. İlk hissədə oyun "Turan Tovuz"un, ikinci hissə bizim tərəfimizdə idi. İlk yarıda futbolçular panikadaydı. Ritmdən düşmüşdülər. Fasilədə sakit formada danışdıq. Bunu bacardıq. Beyin sakitləşəndən sonra bədən istədiyini edə bilir. Komandama təşəkkür edirəm ki, döyüşdülər, özlərində güc tapdılar. Bir çox qol epizodlarımız da var idi. Layiqli qələbə qazandıq, təsadüfən yox. 12-ci turdur. Hər oyunda qol vurmağa çalışırıq. Hücumda çoxluq varsa, müdafiədə azlıqda qalmağa məhkumuq. Çox qol buraxmağımız da bununla bağlıdır. Hər biri də əsas oyunçularımızdır. Müdafiədə itkilərimiz çoxdur.
Gözləyirik ki, ikinci dövrə tez bitsin və buna əncam çəkək. Limitə düşənləri itirmək olduqca çətindir. Karyeramda belə gərgin, xarakterli, itkili, dramatik oyun olmayıb. Yadıma gəlmir belə oyun. Hakim VAR-a baxanda mən də baxdım. Top dizinə dəydi, sonra əlinə. Başına dəyib, əlinə dəyirsə, sarıdır. Dərhal əlinə dəysəydi, qırmızı vərəqə olacaqdı”.