Hər iki komanda bu mövsüm MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Məhz həmin matç zamanı Messinin qazandığı “Qızıl top” azarkeşlərə göstəriləcək.

“İnter Mayami” “Nyu York Siti” ilə yoldaşlıq oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu görüş Lionel Messinin karyerasında 8-ci dəfə “Qızıl top”u qazanması münasibətilə təşkil olunacaq.
 
Qarşılaşma noyabrın 11-də Floridadakı stadionda reallaşacaq. Hər iki komanda bu mövsüm MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Məhz həmin matç zamanı Messinin qazandığı “Qızıl top” azarkeşlərə göstəriləcək.
 
Oyundan sonra klub tarixi hadisəni qeyd etmək üçün şənlik təşkil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest