04 Noyabr 2023, 09:16
FUTBOL
2020-ci ildən “Çelsi”də çıxış edən Tiaqo Silva “Milan”da keçirdiyi dönəmi xatırlayıb. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi “rossonyerlər”nin əfsanəvi müdafiəçiləri Paolo Maldini və Alessandro Nestanın ona təsirindən bəhs edib:
“Maldini ilə görüş məndə nəsə oyatdı. Milana gələndə 24 yaşım var idi. Həmin vaxt Paolo 41 yaşında idi və karyerasının sonuna altı ay qalmışdı. Maldiniyə baxaraq düşündüm ki, içki içməsəm, siqaret çəkməsəm, yuxuya məhəl qoysam, Maldininin yaşına çata bilərəm. O, mənim mentalitetimi dəyişdi. Ancaq təkcə o deyil, Alessandro Nesta da. Nesta məşqdə mənim müəllimim olub. Başa düşdüm ki, onun yanında oynamaqla çox şey öyrənə bilərəm”.
Qeyd edək ki, Tiaqo Silva 2009-2012-ci illərdə “Milan”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 119 matçda iştirak edib, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.