Argentina millisinin və "İnter Mayami"nin forvardı Lionel Messinin İlin ən yaxşı gənc futbolçusu ("Kopa" mükafatı) nominasiyasında kimə səs verdiyi bəlli olub. Matc.az xəbər verir ki, o, "Bavariya"dan Camal Musialanı birinci yerə layiq görüb.
 
Son dünya çempionunun sıralamasına görə, "Barselona"dan Pedri ikinci, "Real"dan Çud Bellinqem üçüncü pillədə qərarlaşıb. Xatırladaq ki, mükafatı "kral klubu"nun futbolçusu Bellinqem qazanıb.
 
Çud 2022/23 mövsümündə "Borussiya"nın (Dortmund) heyətində 42 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib. O, yay transfer pəncərəsində Almaniya klubundan "Real"a keçib. Bellinqem cari mövsüm Madrid təmsilçisinin heyətində 13 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest