04 Noyabr 2023, 12:21
FUTBOL
"Mançester Yunayted"in sabiq futbolçusu Fil Nevill ABŞ klubu "Portlend Timbers"i çalışdıra bilər. Matc.az xəbər verir ki, MLS təmsilçisi artıq 46 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Nevill iyunun 9-dan Kanada millisində baş məşqçinin köməkçisi vəzifəsində çalışır.
Fil futbolçu karyerası ərzində 2 klubda top qovub: "Mançester Yunayted" (1995-2005) və "Everton" (2005-2013). O, 1996-2007-ci illərdə İngiltərə milli komandasında çıxış edib.