Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq. Matc.az xəbər verir ki, Elşad Quliyevin çalışdırdığı kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla qarşılaşacaq.
 
Oyun saat 18:00-da start götürəcək.
 
Xatırladaq ki, Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest