04 Noyabr 2023, 13:33
FUTBOL
Fransanın "France Football" nəşri 2023-cü il üçün "qızıl top"un səsverməsinin nəticələrini dərc edib. Matc.az xəbər verir ki, 8-ci dəfə mükafata yiyələnən Lionel Messi 462 xal toplayıb.
Onun ən yaxın izləyicisi "Mançester Siti"dən Erlinq Haland olub (357 xal). İlk üçlüyü 270 xalla PSJ-dən Kilian Mbappe tamamlayıb.
1. Lionel Messi – 462 xal ("İnter Mayami");
2. Erlinq Haland – 357 xal ("Mançester Siti");
3. Kilian Mbappe – 270 xal (PSJ);
4. Kevin de Bruyne – 100 xal ("Mançester Siti);
5. Rodri Hernandes – 57 xal ("Mançester Siti");
6. Vinisius Junior – 49 xal ("Real");
7. Xulian Alvares – 28 xal ("Mançester Siti");
8. Viktor Osimhen – 24 xal ("Napoli");
9. Bernardo Silva – 20 xal ("Mançester Siti");
10. Luka Modriç – 19 xal ("Real").
Xatırladaq ki, "ilk 10-luq"da İngiltərənin "Mançester Siti" klubundan 5 futbolçu qərarlaşıb.