Zidanın ilin ən yaxşı gənc futbolçusu üçün verdiyi səsvermənin nəticələri məlum olub.
 
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın ilin ən yaxşı gənc futbolçusu sorğusunda kimlərə şans verdiyi müəyyənləşib. Matc.az xəbər verir ki, fransalı mütəxəssis “kral klubu”nun yarımmüdafiəçisi Cud Bellingemi hazırda ən yaxşı hesab edir.
 
Bu üzdən o, 20 yaşlı orta sahə oyunçusunu birinci sırada göstərib. Zidanın fikrincə, ilin ən yaxşı ikinci gənc oyunçusu “Barselona”lı Pedridir. İlk “üçlüy”ü isə “Real”ın digər üzvü Eduardo Kamavinqa qapayıb.
 
Qeyd edək ki, 2023-cü ilin ən yaxşı gənc oyunçu mükafatını məhz Bellingem qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest