04 Noyabr 2023, 15:37
FUTBOL
ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi yay fasiləsində çox sayda təkliflərinin olduğunu açıqlayıb. Matc.az xəbər verir ki, argentinalı superulduz ABŞ-la yanaşı, Avropa və Səudiyyə Ərəbistanından da dəvətlər aldığını etiraf edib.
36 yaşlı hücumçu “İnter Mayami”ni seçdiyi üçün razı qaldığını söyləyib:
“PSJ-dən ayrıldıqdan sonra çoxlu təkliflər gəldi. Onların sırasında “Barselona” da var idi. O cümlədən Avropanın digər klublarından və Səudiyyə Ərəbistanından maraqlananlar oldu. Ancaq “İnter Mayami”yə keçməyə qərar verdim. Bu qərardan da məmnunam”.
Qeyd edək ki, Lionel Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilə qədərdir.