04 Noyabr 2023, 17:28
FUTBOL
ABŞ-nin "İnter Mayami" klubunun kapitanı Lionel Messi 8-ci dəfə "qızıl top" mükafatına layiq görülüb. Matc.az xəbər verir ki, argentinalı səsvermə zamanı 4000-dən çox xal toplayan ilk futbolçu kimi tarixə düşüb.
Eyni zamanda, o, "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu da qabaqlayıb. Belə ki, portuqaliyalı "qızıl top" mükafatı tarixində 3781 xal toplamağı bacarıb.
Xatırladaq ki, Messi müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Erlin Haland (“Mançester Siti”) və Kilian Mbappeni (PSJ) geridə qoyub. Bu mükafat Messinin karyerasında səkkizinci olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə dünyanın ən yaxşı oyunçusu kimi tanınıb.