04 Noyabr 2023, 16:55
FUTBOL
Azərbaycan Premyer Liqasının 2023-24 mövsümündə qol rekordu qeydə alınıb. Matc.az saytının məlumatına görə, bu, XII turun “Qarabağ” – “Kəpəz” oyununa təsadüf edib.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşma cari mövsümün ən bol qollu oyunu ünvanına yiyələnib. Maraqlıdı ki, bunun üçün cəmi 45 dəqiqəlik mübarizə kifayət edib. Hazırda fasiləsi gedən matçda ağdamlılar 5:1 hesabı ilə öndədilər.
Buna qədər isə mövsümün qol rekorduna 2 görüş şərik idi. Belə ki, I turda “Sabah” “Qəbələ”nin, VIII turda isə “Qarabağ” “Sumqayıt”ın qapısından 5 cavabsız top keçirmişdi.